Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Çempionlar liqasının liqa mərhələsini 5-ci yerdə bitirən “Barselona” sosial şəbəkə hesablarında 1/8 finaldakı potensial rəqibləri haqda məlumat verib. Kataloniya təmsilçisinin qarşılaşa biləcəyi komandalar “Monako”, “Nyukasl”, PSJ və “Qarabağ”dı. “Football-plus.az” xəbər verir ki, ispaniyalı azarkeşlərin bir qismi rəqib kimi “Qarabağ”ı görmək istəyir. Şərhləri təqdim edirik. Robertgiwa: “Bizə ən güclü komandanı - “Qarabağ”ı verin”. İg_naman__ : “Bizə “Qarabağ” verilməlidi”. Neymar_eniyisi: “Çempionlar Liqası “Qarabağ”ındı! Shamal_kamal: “Çempionlar Liqasıdı, yoxsa Avropa Liqası? (gülür)”. Adedigba30bg_: “Hiss edirəm ki, “Qarabağ”la oynayacağıq. Onlar bu turnirdə çox yaxşı komandadı. Bizə onları verin”. Naser._.965: “Xahiş edirəm, “Monako”nu verin. Çünki digərləri çox güclüdü”. Shrutisharmaa77: “Ancaq “Qarabağ”! Xahiş edirəm”. MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.