AZ

“Bizə ən güclü komandanı - “Qarabağ”ı verin” - “Barselona” azarkeşləri “köhlən atlar" danışır

Çempionlar liqasının liqa mərhələsini 5-ci yerdə bitirən “Barselona” sosial şəbəkə hesablarında 1/8 finaldakı potensial rəqibləri haqda məlumat verib. Kataloniya təmsilçisinin qarşılaşa biləcəyi komandalar “Monako”, “Nyukasl”, PSJ və “Qarabağ”dı.

“Football-plus.az” xəbər verir ki, ispaniyalı azarkeşlərin bir qismi rəqib kimi “Qarabağ”ı görmək istəyir. Şərhləri təqdim edirik.

Robertgiwa: “Bizə ən güclü komandanı - “Qarabağ”ı verin”.

İg_naman__ : “Bizə “Qarabağ” verilməlidi”.

Neymar_eniyisi: “Çempionlar Liqası “Qarabağ”ındı!

Shamal_kamal: “Çempionlar Liqasıdı, yoxsa Avropa Liqası? (gülür)”.

Adedigba30bg_: “Hiss edirəm ki, “Qarabağ”la oynayacağıq. Onlar bu turnirdə çox yaxşı komandadı. Bizə onları verin”.

Naser._.965: “Xahiş edirəm, “Monako”nu verin. Çünki digərləri çox güclüdü”.

Shrutisharmaa77: “Ancaq “Qarabağ”! Xahiş edirəm”.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
1
football-plus.az

2Mənbələr