AZ

Tarixdə Vircil van Deyk kimisi olmamışdı - "Qarabağ"la matçda inanılmaz rekord

"Liverpul"un kapitanı Vircil Van Deyk UEFA Çempionlar Liqasında ilkə imza atıb.

Fanat.Az "WhoScored"a istinadən xəbər verir ki, niderlandlı futbolçu bu nəticəni "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri matçda -  Liqa mərhələsinin 8-ci turunun oyununda reallaşdırıb.

"Enfild"dəki qarşılaşmada 3 assist edən Vircil qitənin ən nüfuzlu klub turnirində bir matçda bu sayda məhsuldar ötürmə ilə yadda qalan ilk mərkəz müdafiəçisi olub

Qeyd edək ki, ÇL-in Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda "Nyukasl" və ya PSJ ilə mübarizə aparacaq.

Nihat 

Seçilən
25
50
fanat.az

10Mənbələr