AZ

Nikol Paşinyan: "Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır

Tbilisi, 29 yanvar, AZƏRTAC

Biz "Qarabağ hərəkatı" mövzusunu birdəfəlik, əbədi olaraq bağlamalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar. Ona görə də bu mövzu birdəfəlik bağlanmalıdır", - deyə Paşinyan vurğulayıb.

Baş nazir bu məsələni nəzərdə saxlayacağınl bildirib və vətəndaşları da bununla barışmağa dəvət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
53
6
azertag.az

6Mənbələr