AZ

Nikol Paşinyan: "Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır

Biz "Qarabağ hərəkatı" mövzusunu birdəfəlik, əbədi olaraq bağlamalıyıq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu mətbuata açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

"Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar. Ona görə də bu mövzu birdəfəlik bağlanmalıdır", - deyə Paşinyan vurğulayıb.

 

Baş nazir bu məsələni nəzərdə saxlayacağını bildirib və vətəndaşları da bununla barışmağa dəvət edib.

 

Seçilən
32
6
senzor.az

6Mənbələr