"Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə enerji sistemi ilə birləşdirmək məqsədəuyğun olardı".
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlara güclü ixracatçıya çevirəcək.
"Bu, həm də yeni təhlükəsizlik arxitekturasının təməli olacaq", - deyə Paşinyan əlavə edib.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan hazırda artıq enerji tutumuna malikdir və bu, qarşılıqlı faydalı əməkdaşlığa yol açır:
"Ermənistan daha geniş ixrac bazarlarına çıxış üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır, Azərbaycan isə Ermənistan ərazisi vasitəsilə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisi tranzit edə biləcək. Birbaşa ticarətdən əlavə, layihə ölkəyə tranzit haqlarından sabit gəlir təmin edəcək ki, bu da həm dövlət büdcəsini, həm də özəl şirkətlərin hesablarını dolduracaq", - deyə hökumət başçısı izah edib.
Nikol Paşinyan əmin edib ki, bu təşəbbüsün yaratdığı heç bir təhlükə ekspert səviyyəsində müəyyən edilməyib.
Telegram kanalımız