AZ

Xəzərdə gəmi QƏZAYA UĞRADI

İrana məxsus “Caspian Shiva” adlı quru yük gəmisi Xəzər dənizinin akvatoriyasında qəza vəziyyətinə düşüb.

Ekologiya.az xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

Məlumatda bildirilir ki, Mahaçqala dəniz ticarət limanına istiqamətlənən gəmi naməlum səbəbdən gövdəsindən zədələnib. Nəticədə gəmi dayazlığa oturub və su almağa başlayıb. Hazırda su mühərrik otağına və yük anbarına sürətlə dolur.

Gəmidə 10 nəfər ekipaj üzvü var, ilkin məlumata əsasən xəsarət alan yoxdur.

Xəzər dənizində hava şəraitinin əlverişsiz olması (dalğaların hündürlüyü 2 metrə çatır) səbəbindən xilasetmə əməliyyatına başlamaq mümkün olmayıb.

Seçilən
20
ekologiya.az

1Mənbələr