AZ

Təcili! ABŞ-nin vitse-prezidenti Ermənistana gəlir

“Hraparak” nəşri yazıb ki, ABŞ-nin vitse-prezidenti Devid Vensin Ermənistana səfəri zamanı atom energetikası sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Məlumata görə, söhbət təkcə Zəngəzur dəhlizindən getmir: səfər çərçivəsində Ermənistanda modul tipli atom elektrik stansiyasının tikintisi ilə bağlı sənəd imzalanması planlaşdırılır. Həmin müəssisədə Amerika tərəfinin payı 74%, Ermənistanın payı isə 26% olacaq.

Nəşr bildirir ki, bu məsələ bir neçə ildir Ermənistan hakimiyyətinin proqramında mövcuddur və bundan əvvəl Rusiya da oxşar təkliflə çıxış etmişdi. Qərb və ABŞ isə Metsamor AES-in bağlanması və modul atom stansiyalarının tikintisini Rusiyanın regiondakı təsirini zəiflətmək strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, ABŞ-niın vitse-prezidenti Devid Vensin regiona səfəri həm Ermənistan, həm də Azərbaycan və ABŞ arasında siyasi gündəliyi genişləndirə və aydınlaşdıra bilər:

“ABŞ-Ermənistan əməkdaşlığında müzakirə ediləcək mövzular diqqət çəkir. Hətta bəzi ehtimallara görə TRIPP marşrutu və Ermənistanın atom energetikası layihələri də gündəmə gələ bilər. Ermənistanla ABŞ arasında imzalanacaq strateji sənədlər Rusiyanın Ermənistandakı maraqlarına təsir göstərməyi və Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını hədəfləyir. Bu addımlar ABŞ-nin regiondakı nəzarətini gücləndirməyə xidmət edir.

Bu, bir tərəfdən Ermənistan üçün yeni imkanlar açır, digər tərəfdən isə Rusiyanın təsirini zəiflətməyə yönəlib. ABŞ bu strategiyanı həyata keçirə bilsə, Ermənistanı öz təsiri altına alma potensialı əldə edə bilər. Rusiyanın buna nə dərəcədə müqavimət göstərəcəyi isə zamanla aydın olacaq”.

Atilla Rzasoy

Seçilən
88
45
nocomment.az

10Mənbələr