AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Xan Çinar" qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – MOİK PFK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Medina bu göstəricidə ən yaxşılar arasındadır
Rəhim Həsənov mübahisəli epizodları şərh edib - VİDEO
“Şamaxı”dan yeni transfer - RƏSMİ
Rza Cəfərov: "Mənə daha doğma gəldiyi üçün "Qəbələ"ni seçdim"
"Xankəndi" "Qarabağ"ın sabiq futbolçusu ilə güclənib