AZ

Yüksək Liqada 11-ci turun növbəti oyunları keçiriləcək

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti matçları baş tutacaq.

Fanat.Az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

“Gənclər” - “Xilasedici” oyunu saat 17:00 start götürəcək.

Qadınların çempionatında isə saat 16:00-da “Gənclər” “Turan”la, 18:00-da “DH Volley” “Azərreyl”lə qarşılaşacaq.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Seçilən
38
4
fanat.az

10Mənbələr