AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək.

"Far.Az" xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

"Gənclər" - "Xilasedici" matçı saat 17:00 start götürəcək.

Qadınların çempionatında isə saat 16:00-da "Gənclər" "Turan"la, 18:00-da "DH Volley" "Azərreyl"lə üz-üzə gələcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Seçilən
2
4
far.az

10Mənbələr