AZ

Levandovski Messinin tarixi rekordunu təkrarladı

style='margin-bottom:10px;'>

“Barselona”nın  hücumçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.

QOL.az xəbər verir ki, Levandovski qitənin ən nüfuzlu klub turnirində artıq 40-cı fərqli komandaya qol vurub. Bununla da o, bu göstəricidə Messi ilə ilk yeri bölüşür.

Polşalı futbolçunun 40-cı qol vurduğu klub “Kopenhagen” olub. Levandovski görüşün 48-ci dəqiqəsində fərqlənib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib. 

Bu siyahıda növbəti pillədə 38 fərqli kluba qol vurmuş portuqaliyalı ulduz Kriştiano Ronaldo yer alır.

Seçilən
35
2
teleqraf.com

3Mənbələr