Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Levandovski Messinin tarixi rekordunu təkrarladı
“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.
QOL.az xəbər verir ki, polşalı forvard qitənin ən nüfuzlu klub turnirində artıq 40-cı fərqli komandaya qol vurub. Bununla da o, bu göstəricidə Messi ilə ilk yeri bölüşür.
37 yaşlı futbolçunun 40-cı qol vurduğu klub “Kopenhagen” olub. Levandovski görüşün 48-ci dəqiqəsində fərqlənib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib.
Bu siyahıda növbəti pillədə 38 fərqli kluba qol vurmuş portuqaliyalı ulduz Kriştiano Ronaldo yer alır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.