Bakı. Trend:
Energetika Nazirliyində Azərbaycan Milli HidrogenStrategiyasının tətbiqinə dair İşçi Qrupun və “DNV Energy SystemsGermany GmbH” şirkətinin nümayəndələrinin iştirakı ilə iclaskeçirilib.
Trend bu barədənazirliyə istinadən xəbər verir.
Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycandahidrogen istehsalı üçün əhəmiyyətli potensialın olduğunuvurğulayaraq bildirib ki, “Azərbaycan Milli HidrogenStrategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsininbirinci mərhələsi çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış”sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texnikidəstəyi ilə hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib.Layihənin ikinci mərhələsinin icrasına başlanılması məqsədiləAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi iləkeçirilmiş tenderin nəticələrinə əsasən “DNV Energy Systems GermanyGmbH” şirkətinin qalib elan edildiyi, layihənin tətbiqi planınınisə cari ilin birinci yarısında hazır olmasının nəzərdə tutulduğuqeyd olunub.
İclas zamanı “DNV Energy Systems Germany GmbH” şirkətininnümayəndəsi İlka Levinqton Azərbaycanın Milli HidrogenStrategiyasının tətbiqi ilə bağlı təqdimatla çıxış edib.Azərbaycanda hidrogen istehsalı ilə bağlı hüquqi və digəraspektlərdə müzakirələr aparılıb. Növbəti mərhələ üzrə prioritetistiqamətlər müəyyən edilib, İşçi Qrupu qarşısında konkret hədəflərvə icrası nəzərdə tutulan tapşırıqlar üzrə razılıq əldə olunub.