Azərbaycana hidrogen istehsalı üçün əhəmiyyətli potensiala malikdir.Bunu Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclasında bildirib.Onun sözlərinə görə, “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsinin birinci mərhələsi çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış” sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib.Layihənin ikinci mərhələsinin icrasına başlanılması məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə keçirilmiş tenderin nəticələrinə əsasən “DNV Energy Systems Germany GmbH” şirkətinin qalib elan edildiyi, layihənin tətbiqi planının isə cari ilin birinci yarısında hazır olmasının nəzərdə tutulduğu qeyd olunub.İclas zamanı “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndəsi İlka Levinqton Azərbaycanın Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı təqdimatla çıxış edib. Azərbaycanda hidrogen istehsalı ilə bağlı hüquqi və digər aspektlərdə müzakirələr aparılıb. Növbəti mərhələ üzrə prioritet istiqamətlər müəyyən edilib, İşçi Qrupu qarşısında konkret hədəflər və icrası nəzərdə tutulan tapşırıqlar üzrə razılıq əldə olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


