AZ

ABŞ ilk dəfə saxlanılan tankerlərdən birini Venesuelaya qaytaracaq

ABŞ hakimiyyəti bu ayın əvvəlində saxlanılan tankerlərdən birini Venesuelaya təhvil verəcək.

APA xəbər verir ki, bu barədə iki amerikalı rəsmiyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, söhbət yanvarın 7-də Karib dənizində beynəlxalq sularda saxlanılan “Sophia” adlı supertankerdən gedir.

Bu, ABŞ administrasiyasının saxladığı tankerlər arasında Venesuelaya geri qaytardığı ilk gəmi olacaq. Qərarın hansı əsasla qəbul edildiyi açıqlanmayıb.

Gəmi Panama bayrağı altında saxlanılarkən Ağ Evin mətbuat katibi Kerolayn Livitt onun heç bir ölkəyə məxsus olmadığını bildirmişdi. Daha sonra Panama Dəniz Administrasiyası “Sophia” tankerinin hələ 2025-ci ilin yanvarında milli gəmi reyestrindən çıxarıldığını açıqlayıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrından bəri ABŞ hakimiyyəti ümumilikdə yeddi tanker ələ keçirib.

Seçilən
53
3
apa.az

4Mənbələr