AZ

İranın XİN rəhbəri Trampın razılaşma çağırışına cavab verib

İranın xarici işlər naziri Abbas Əraqçi bir daha ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə etməsinin qarşısını alan razılaşmaya hazır olduğunu bildirib.

"Far.Az" xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

A.Əraqçi İranın həmişə qarşılıqlı faydalı, ədalətli və bərabər nüvə razılaşmasını məmnuniyyətlə qarşıladığını vurğulayıb. "Bu razılaşma bərabərliyə əsaslanmalı, təzyiq, təhdid və qorxutmadan uzaq olmalı, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməli və nüvə silahı əldə etməsinin qarşısını almalıdır", - A.Əraqçi yazıb.

O, qeyd edib ki, İranın təhlükəsizlik doktrinasına kütləvi qırğın silahları daxil deyil və onlar heç vaxt belə silahlar əldə etməyə çalışmayıblar.

İranlı nazir həmçinin ölkəyə qarşı hər hansı hücuma dərhal və sərt şəkildə cavab verməyə hazır olduqlarını bildirib.

Seçilən
39
1
far.az

2Mənbələr