AZ

“Barselona” ÇL-də 1/8 finala yüksəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində İspaniyanın “Barselona” klubu Danimarkanın “Kopenhagen” komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, Barselonadakı “Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşmanı Fransadan olan baş hakim Benua Bastyen idarə edib. Matç “Barselona”nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 4-cü dəqiqədə “Kopenhagen”in hücumçusu Viktor Dadason açıb. 48-ci dəqiqədə Robert Levandovski “Barselona”nın bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Lamin Yamal kataloniyalıları önə çıxarıb. 68-ci dəqiqədə braziliyalı Rafinya penaltini dəqiq yerinə yetirib. 85-ci dəqiqədə isə ingilis futbolçu Markus Reşford hesabı 4:1 edib.

Matçın 89-cu dəqiqəsində “Kopenhagen”in müdafiəçisi Qabriel Pereyra fərqi azaltsa da, VAR baxışından sonra qol ləğv edilib.

Bu nəticə ilə “Barselona” ümumi mərhələdə 8 oyunda 16 xal toplayaraq Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb. “Kopenhagen” isə turnir cədvəlinin aşağı pillələrində yer alaraq yarışla vidalaşıb.

Seçilən
32
90deqiqe.az

1Mənbələr