AZ

ADSEA qurumu planşetə pul tapdı, problemlərə yox

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi planşetlərin satınalınması ilə bağlı satınalma həyata keçirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, satınalma çərçivəsində ümumilikdə 350 ədəd planşetin alınması nəzərdə tutulur.

Satınalmanın ehtimal olunan qiyməti isə 404 602,33 AZN təşkil edir.

Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun özünün də külli miqdarda vergi borcu barədə məlumat vermişdik.

Xatırladaq ki, ADSEA rəhbəri Zaur Mikayılovdur. /32gun.az/

Seçilən
64
nocomment.az

1Mənbələr