AZ

"Ukraynanın təhlükəsizlik zəmanətləri üzrə ümumi razılıq əldə olunub" -Marko Rubio

"ABŞ və onun Avropadakı müttəfiqləri Ukraynanın təhlükəsizlik zəmanətləri üzrə ümumi razılığa gəliblər".

Redaktor.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Senatdakı dinləmələrdə bildirib.

"Praktikada bu təhlükəsizlik zəmanətləri məhdud sayda Avropa qoşun kontingentinin - əsasən Fransa və Böyük Britaniya hərbçilərinin yerləşdirilməsinə və ABŞ-nin təhlükəsizlik zəmanətlərinə əsaslanır. Mən bəzi Avropa ölkələrinin müharibədən sonra Ukraynada qoşun yerləşdirmək istəməsi faktını kiçiltmirəm. Mən ona işarə edirəm ki, ABŞ-nin dəstəyi olmadan bu, məqsədəuyğun olmayacaq", - - deyə Rubio vurğulayıb.

Təhlükəsizlik zəmanətləri məsələsi kontekstində dövlət katibi vurğulayıb ki, Avropa ölkələri hazırda ABŞ-nin köməyi olmadan keçinə bilməzlər, çünki son 20-30 il ərzində müdafiə sahəsinə kifayət qədər investisiya yatırmayıblar.

Seçilən
28
redaktor.az

1Mənbələr