AZ

Qış olimpiya oyunlarına bir həftə qalmış buz möcüzəsi baş verib » AzadMedia.az

Qış

Ralph Lauren Rockefeller Center-i Olimpiya buz möcüzəsinə çevirdi
Milano–Kortina Qış Olimpiya Oyunlarına cəmi bir həftə qalmış məşhur moda brendi Ralph Lauren Nyu-Yorkun simvolik məkanlarından biri olan Rockefeller Centerdə möhtəşəm buz instalyasiyası təqdim edib. Channel Gardens ərazisində qurulan instalyasiya ABŞ Olimpiya Komandasına (Team USA) həsr olunub.

Buz kompozisiyasının mərkəzində fiqurlu konkisürən Madison Chock, snoubordçu Red Gerard və para-snoubordçu Brenna Huckabynin fiqurları yer alıb. Hündürlüyü 12 fut (təxminən 3,7 metr) olan və 10 metrik ton buzdan hazırlanmış heykəl idmançıları Ralph Lauren-in Olimpiya açılış və bağlanış mərasimləri üçün hazırladığı Team USA parad geyimlərində təsvir edir.

Layihə üzərində beş ustad buz oymaçı və Dünya Buz İncəsənəti çempionları beş gün ərzində Nyu-York ştatının Sirakuz şəhərində çalışıblar. Daha sonra instalyasiya xüsusi şəraitdə Manhettenə daşınıb. Hava proqnozlarına əsasən, qarşıdakı doqquz gün ərzində temperaturun sıfırdan aşağı olacağı gözlənildiyindən, buz heykəlinin formasını qoruyacağı bildirilir.

Bundan əlavə, Olimpiya sürətli konkisürən Erin Jacksonun ayrıca buz heykəli Top of the Rock müşahidə meydançasında quraşdırılacaq. Ziyarətçilər burada qızıl medalçının fiquru ilə Nyu-Yorkun möhtəşəm panoraması fonunda şəkil çəkdirə biləcəklər. 30 Rockefeller Plaza binasının zirvəsində yerləşən Top of the Rock şəhərin ən məşhur turistik məkanlarından biridir.
Qeyd olunur ki, bu, Rockefeller Center-də bu miqyasda ilk buz instalyasiyasıdır və eyni zamanda Ralph Lauren brendinin tarixində analoqu olmayan layihə hesab olunur.

Seçilən
38
1
azadmedia.az

2Mənbələr