ABŞ Avropaya çatdırıb ki, Vaşinqtonun müdafiə prioritetləri yalnız bu regionla məhdudlaşmır. Bunu Amerika dövlət katibi Marko Rubio Senatın Beynəlxalq Münasibətlər Komitəsindəki çıxışı zamanı bildirib.
“Biz NATO müttəfiqlərimizə izah etdiyimiz şeylərdən biri odur ki, ABŞ yalnız Avropaya fokuslanmayıb. Bizim Qərb yarımkürəsində müdafiə ehtiyaclarımız var. Həmçinin Hind-Sakit Okean regionunda da müdafiə prioritetlərimiz mövcuddur… Biz dünyanın ən zəngin ölkəsi ola bilərik, amma resurslarımız sonsuz deyil,” — Rubio vurğulayıb.
26 yanvarda NATO baş katibi Mark Rutte Avropa İttifaqının ABŞ-ın köməyi olmadan Ukraynanı Rusiya ilə konfliktində dəstəkləyə bilməyəcəyini etiraf edib. Onun sözlərinə görə, Avropa dövlətləri amerikalı nüvə çətiri olmadan özünü müdafiə edə bilməz. Eyni zamanda Rutte ABŞ Prezidenti Donald Trampın Qrenlandiya iddialarını müdafiə edib.