AZ

Azərbaycanda daha çox onlar qəzada YARALANIRLAR

“Avtonəqliyyat hadisələrində zərərçəkənlərin əksəriyyəti fiziki cəhətdən aktiv olan yaş dövründəki insanlardır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayım zamanı qeyd edib.

O bildirib ki,  gənclərdə avtonəqliyyat vasitəsinin daxilində baş verən travmalara daha çox rast gəlinir:

“Yaşlı insanlar avtomobil idarə etsələr də, statistik göstəricilərə əsasən yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların əsas hissəsini 18–45/50 yaş aralığında olan şəxslər təşkil edir. 

Bu xəsarətlərə həm avtonəqliyyat vasitəsinin daxilində baş verən travmalar, həm də avtomobildən kənarda piyadalar və digər yol hərəkəti iştirakçıları ilə bağlı yaranan zədələnmələr daxildir”.

Seçilən
110
cebheinfo.az

1Mənbələr