“Avtonəqliyyat hadisələrində zərərçəkənlərin əksəriyyəti fiziki cəhətdən aktiv olan yaş dövründəki insanlardır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayım zamanı qeyd edib.
O bildirib ki, gənclərdə avtonəqliyyat vasitəsinin daxilində baş verən travmalara daha çox rast gəlinir:
“Yaşlı insanlar avtomobil idarə etsələr də, statistik göstəricilərə əsasən yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların əsas hissəsini 18–45/50 yaş aralığında olan şəxslər təşkil edir.
Bu xəsarətlərə həm avtonəqliyyat vasitəsinin daxilində baş verən travmalar, həm də avtomobildən kənarda piyadalar və digər yol hərəkəti iştirakçıları ilə bağlı yaranan zədələnmələr daxildir”.