AZ

Bakı metrosunun Yaşıl və Qırmızı xətlərin ayrılması üzrə görülən işlər açıqlandı

BAKI, 28 yanvar. TELEQRAF

Bakı metrosunun Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib.

"Bakı Metropoliteni" QSC-dən Teleqraf-a verilən məlumata görə, bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır.

Xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur. Birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir.

Hazırda 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.

AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək.

Seçilən
42
11
teleqraf.com

10Mənbələr