AZ

AAYDA-nın tunel tikintisi metroda xətlərin ayrılması layihəsində dəyişikliklərə səbəb olub

AAYDA-nın

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Hazırda 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.

AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək.

Qeyd edilib ki, Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır.

Seçilən
43
11
xalqcebhesi.az

10Mənbələr