AZ

İlk dəfə Azərbaycan çempionu olan boksçu: Finalda ən yaxın dostumu məğlub etdiyim üçün məyusam

Bakı, 28 yanvar, AZƏRTAC

Özümə inamım tam idi. Bilirdim ki, bu çəkidə Azərbaycan boksunda ən güclü idmançıyam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə böyüklər arasında Azərbaycan çempionu olan boksçu Nicat Hüseynov deyib.

55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı final görüşünün çətin keçdiyini bildirib: “Finalda ən yaxın dostum, komanda yoldaşımla üz-üzə gəldim. Onu məğlub etdiyimə görə məyusam. İstəməzdim ki, uduzsun”.

Beynəlxalq turnirlərdə iştirak hüququ qazanan boksçu ölkəni layiqincə təmsil edəcəyini söyləyib: “Ümid edirəm ki, vacib turnirlərə yaxşı hazırlaşıb, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam və Olimpiada qızılına doğru irəliləyəcəyəm”.

Qeyd edək ki, yeddi gün davam edən çempionatda 31 komandadan 170-dək boksçu mübarizə aparıb.

Seçilən
62
2
azertag.az

3Mənbələr