AZ

Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 %-dən çox artıb

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 266,9 milyon manat və yaxud 7,2 % çoxdur.

"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 %-i və yaxud 4 milyard 347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 %-i və yaxud 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52 %-i və yaxud 2 milyard 260,3 milyon manatı "Şahdəniz" layihəsi üzrə mənfəət vergisi, 41,3 %-i və yaxud 1 milyard 795,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 %-i və yaxud 291,7 milyon manatı "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Seçilən
87
3
far.az

4Mənbələr