AZ

2025-ci ildə “Şahdəniz” layihəsi üzrə 2,2 milyard manat mənfəət vergisi ödənilib

BAKI, 28 yanvar. TELEQRAF

2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52 faizi və ya 2 milyard 260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə ödənilmiş mənfəət vergisi təşkil edib.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 41,3 faizi və ya 1795,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Qeyd edək ki, ötən ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 faizi və ya 4 milyard 347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Seçilən
96
3
teleqraf.com

4Mənbələr