AĞDAM, 28 yanvar. TELEQRAF
Ağdamda fəaliyyət göstərən “BAFCO İnvest” MMC ayaqqabı fabrikinin işçiləri iki aydır əməkhaqqı ala bilmirlər.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna fabrik işçilərindən biri məlumat verib.
Maaşların ləngidilməsi səbəbindən son günlər fabriki 10-a yaxın işçi tərk edib.
“BAFCO İnvest” MMC-dən rəsmi münasibət öyrənmək mümkün olmayıb.