AZ

Ağdamdakı ayaqqabı fabrikinin işçiləri iki aydır əməkhaqqı ala bilmirlər

AĞDAM, 28 yanvar. TELEQRAF

Ağdamda fəaliyyət göstərən “BAFCO İnvest” MMC ayaqqabı fabrikinin işçiləri iki aydır əməkhaqqı ala bilmirlər.

Bu barədə Teleqraf-ın Qarabağ bürosuna fabrik işçilərindən biri məlumat verib.

Maaşların ləngidilməsi səbəbindən son günlər fabriki 10-a yaxın işçi tərk edib.

“BAFCO İnvest” MMC-dən rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Seçilən
33
3
teleqraf.com

4Mənbələr