AZ

Yuxu müddəti erkən ölüm riskini artıra bilər - DİQQƏT

Yuxunun həm az, həm də normadan artıq olması sağlamlıq üçün risk yaradır və erkən ölüm ehtimalını artıra bilər.
 

Pravda.az bildirir ki, aparılan araşdırmalara əsasən, yetkin insanlar üçün gecə 6,5–8,5 saat yuxu ideal hesab olunur.


Araşdırma nəticələrinə görə, gündə 6 saatdan az və ya 10–12 saatdan çox yatmaq maddələr mübadiləsinin pozulması, beyin fəaliyyətinin zəifləməsi və müxtəlif xroniki xəstəliklərin yaranması ilə əlaqələndirilir. Uzun müddətli yuxu rejimi bəzi hallarda Alzheimer kimi nevroloji xəstəliklərin riskini də artıra bilər.


Mütəxəssislər vurğulayır ki, yalnız yuxunun müddəti deyil, yuxunun keyfiyyəti və müntəzəmliyi də sağlam həyat üçün mühüm əhəmiyyət daşıyır. Sağlam yuxu rejiminin qorunması ümumi sağlamlıq və uzunömürlülük baxımından vacib amil hesab olunur.


Əminə Bayramova 

Tarix: 28 Yanvar 2026, 15:09   
Seçilən
32
pravda.az

1Mənbələr