AZ

Büdcəyə neft-qaz sektoru üzrə daxilolmalar 7%-dən çox artıb

BAKI, 28 yanvar. TELEQRAF

2025-ci ildə Azərbaycanda dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1266,9 milyon manat və ya 7,2 faiz çoxdur.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 faizi və ya 4347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 14481 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52 faizi və ya 2260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi, 41,3 faizi və ya 1795,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Seçilən
112
3
teleqraf.com

4Mənbələr