AZ

"Mingəçevir" yeni oyunçu ilə gücləndi

Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.

Yarımmüdafiəçi Qabil Əlizadə ilə müqavilə imzalanıb. Onunla cari mövsümün sonuna qədər razılıq əldə olunub.

Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.

Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
36
fanat.az

1Mənbələr