AZ

“Hələ də tarix yaza bilərik” “Qarabağ”ın müdafiəçisi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu andan çox məmnunam. Çempionlar Liqası hər bir oyunçunun arzuladığı bir mərhələdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Mateus Silva deyib. 

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda “Liverpul”a qarşı keçiriləcək matçdan və komandasının uğurlarından danışıb: “Bu cür böyük oyunlarda “Qarabağ”a kömək edə bilmək xüsusidir. Komandamızın işi çox yaxşıdır və düşünürük ki, hələ də tarix yarada bilərik. İndi əsas məsələ  diqqətimizi cəmləməkdir”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı bu gecə saat 00:00-da keçiriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
3
qafqazinfo.az

3Mənbələr