Bakı. Trend:
2025-ci il ərzində Azərbaycanda bankların kredit portfeli 1,3%və ya 377,5 milyon manat artaraq 30,1 milyard manat təşkiledib.
Trend bu haqdaAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,6%(16,1 milyard manat), istehlak kreditlərinin payı 31,1% (9,4milyard manat), ipoteka kreditlərinin payı isə 15,4% (4,562 milyardmanat olub).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozitportfeli üstünlük təşkil edir – ümumi öhdəliklərin 76,8%-i və ya38,2 milyard manat.
Qeyd olunur ki, depozit portfelinin 57,3%-i (21,9 milyard manat)hüquqi şəxslərin depozitlərinin, 42,7%-i (16,3 milyard manat) isəfiziki şəxslərin əmanətlərinin payına düşür (fərdi sahibkarlıqfəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri istisnaolmaqla).
Fiziki şəxslərin əmanətlərinin 68,5%-i (11,2 milyard manat)milli valyutada, 31,5%-i (5,1 milyard manat) isə xarici valyutadayerləşdirilib.
Fiziki şəxslərin depozit portfelinin 63,2%-ni (10,3 milyardmanat) müddətli əmanətlər təşkil edir.
Dekabr ayında fiziki şəxslərin müddətli əmanətləri 3,5% (352,1milyon manat), tələb olunanadək əmanətləri isə 2,1% (123,7 milyonmanat) artıb.