Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,086.2 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 4 milyard 84.8 milyon manat və ya 7,7% artıb.
Belə ki, 1 yanvar 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 53 mlrd. 1.4 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,743.7 mln. manat (7,2% artıb), balans kapitalı 7,342.5 mln. manat (10,4% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!