AZ

Çempionlar Liqası: "Qarabağ" "Liverpul" səfərində

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.

“Enfield Road” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona köməkçi hakimlər kimi Branislav Hançko və Yan Pozor yardım edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq çalışacaq.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Seçilən
29
6
adalet.az

10Mənbələr