AZ

ÇL-də Liqa mərhələsinə yekun vurulur

style='margin-bottom:10px;'>

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu - 8-ci turunun oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, 18 matçın hamısı Mərkəzi Avropa vaxtı ilə saat  21:00, Bakı vaxtı ilə 00:00-a təyin edilib.

Azərbaycan təmsilçisi "Qarabağ" dünya nəhənglərindən olan "Liverpul"un qonağı olacaq.  Türkiyənin "Qalatasaray" klubu da İngiltərə səfərinə yollanacaq. İstanbul təmsilçisi "Mançester Siti" ilə qarşılaşacaq.

Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.

​28 yanvar

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 8-ci tur

00:00. "Liverpul" (İngiltərə) – "Qarabağ" (Azərbaycan)

00:00. PSJ (Fransa) – "Nyukasl" (İngiltərə)

00:00. "Mançester Siti" (İngiltərə) – "Qalatasaray" (Türkiyə)

00:00. "Borussiya" (Dortmund, Almaniya) – "İnter" (İtaliya)

00:00. "Barselona" (İspaniya) – "Kopenhagen" (Danimarka)

​00:00. "Arsenal" (İngiltərə) – "Kayrat" (Qazaxıstan)

00:00. "Bayer 04" (Almaniya) – "Vilyarreal" (İspaniya)

​00:00. "Atletiko" (İspaniya) – "Budyo-Qlimt" (Norveç)

00:00. "Benfika" (Portuqaliya) – "Real" (İspaniya)

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Tottenhem" (İngiltərə)

00:00. "Brügge" (Belçika) – "Marsel" (Fransa)

​00:00. PSV (Niderland) – "Bavariya" (Almaniya)

00:00. "Ayaks" (Niderland) – "Olimpiakos" (Yunanıstan)

00:00. "Napoli" (İtaliya) – "Çelsi" (İngiltərə)

00:00. "Monako" (Fransa) – "Yuventus" (İtaliya)

00:00. "Yunion" (Belçika) – "Atalanta" (İtaliya)

​00:00. "Atletik" (İspaniya) – "Sportinq" (Portuqaliya)

​00:00. "Pafos" (Kipr) – "Slaviya" (Çexiya)

 

Seçilən
65
3
teleqraf.com

10Mənbələr