AZ

Çempionlar Liqasının əsas mərhələsinə 18 oyunla yekun vurulur

Bakı, 28 yanvar, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsinə bu gün yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə 18 qarşılaşma keçiriləcək.

Türkiyənin "Qalatasaray" komandası İngiltərədə "Mançester Siti"nin, İspaniyanın "Real Madrid" kollektivi Portuqaliyada “Benfika”nın qonağı olacaq. PSJ Fransada İngiltərənin digər təmsilçisi "Nyukasl"ı, "Barselona" İspaniyada Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.

VIII turun bütün görüşləri Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

00:00. "Liverpul" (İngiltərə) – "Qarabağ" (Azərbaycan)

00:00. "Mançester Siti" (İngiltərə) – "Qalatasaray" (Türkiyə)

00:00. "Barselona" (İspaniya) – "Kopenhagen" (Danimarka)

00:00. PSJ (Fransa) – "Nyukasl" (İngiltərə)

00:00. "Benfika" (Portuqaliya) – "Real Madrid" (İspaniya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) – "İnter" (İtaliya)

00:00. "Napoli" (İtaliya) – "Çelsi" (İngiltərə)

00:00. "Atletik" (İspaniya) – "Sportinq" (Portuqaliya)

00:00. "Arsenal" (İngiltərə) – "Kayrat" (Qazaxıstan)

00:00. "Monako" (Fransa) – "Yuventus" (İtaliya)

00:00. "Bayer" (Almaniya) – "Vilyarreal" (İspaniya)

00:00. "Atletiko" (İspaniya) – "Budyo-Qlimt" (Norveç)

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Tottenhem" (İngiltərə)

00:00. "Brügge" (Belçika) – "Marsel" (Fransa)

00:00. PSV (Niderland) – "Bavariya" (Almaniya)

00:00. "Ayaks" (Niderland) – "Olimpiakos" (Yunanıstan)

00:00. "Pafos" (Kipr) – "Slaviya" (Çexiya)

00:00. "Union" (Belçika) – "Atalanta" (İtaliya).

Seçilən
11
16
azertag.az

10Mənbələr