Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununukeçirəcək.
Trend xəbər verirki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsininVIII turu çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.
“Enfield Road” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı iləsaat 00:00-da start götürəcək.
Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Onaköməkçi hakimlər kimi Branislav Hançko və Yan Pozor yardımedəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinəyetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalıYan Boterberq çalışacaq.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəkeçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.