AZ

Xroniki qastrit diaqnozu biopsiyasız qoyulmamalıdır AÇIQLAMA

ain.az bildirir, Milli.az portalına istinadən.

"Xroniki qastrit" diaqnozunun yalnız mədənin daxili səthinin onu turşu və həzm fermentlərindən qoruyan selikli qişanın vizual müayinəsi əsasında qoyulması düzgün yanaşma deyil və bu fikir geniş yayılmış yanlış təsəvvürdür.

Milli.Az-ın məlumatına görə, rusiyalı qastroenteroloq Aleksandra Metelina yerli mediaya açıqlamasında bildirib ki, dəqiq diaqnoz üçün mütləq biopsiya aparılmalıdır. Onun sözlərinə görə, təkcə qastroskopiya zamanı görünən görüntülərə əsaslanaraq xroniki qastrit diaqnozu qoymaq elmi baxımdan doğru sayılmır.

Mütəxəssis qeyd edib ki, mədə selikli qişasında müşahidə olunan qızartı və yüngül iltihab əlamətləri çox vaxt insanlarda əsassız narahatlıq yaradır, nəticədə isə lazımsız dərman qəbulu və ciddi pəhrizlərə başlanılır. Halbuki qastroskopiya əsasən selikli qişanın rəngi, eroziyaların olub-olmaması barədə məlumat verir, lakin bu, diaqnoz üçün kifayət etmir.

Aleksandra Metelina vurğulayıb ki, xroniki qastritin təsdiqlənməsi üçün iltihab və atrofiyanın dəqiq müəyyənləşdirilməsi əsas şərtdir. Onun sözlərinə görə, sadəcə qızartı və ya az sayda eroziya əksər hallarda qastritdən deyil, funksional dispepsiya və ya qida reaksiyalarından xəbər verir. Biopsiya aparılmadıqda isə diaqnoz qeyri-müəyyən qalır və bu da antibiotiklərdən və mədə turşuluğunu azaldan preparatlardan əsassız istifadəyə yol aça bilər.

Asya

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
news.milli.az

2Mənbələr