AZ

İsrailin Böyük Türkiyə qorxusu: Ankara bunu etsə, Təl Əviv çətinliyə düşəcək

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə yaxın aylar və ya illər ərzində Suriya və İraq hava məkanından istifadə imkanlarını İsrail üçün məhdudlaşdıra bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı yazıb.

Bildirilir ki, bu məsələ ilə bağlı İsrail təhlükəsizlik strukturlarında narahatlıq yaranıb.

İsrail ekspertlərinin qiymətləndirməsinə görə, Ankaranın belə addımı İsrailin regionda manevr azadlığına ciddi təsir göstərə və mövcud qüvvələr balansını dəyişə bilər.

İsrail kəşfiyyat dairələrində qeyd olunur ki, şiə “oxu”nun yerinə Türkiyə və Qətərin liderliyində yeni sünni “oxu” formalaşır. Bu prosesdə Pakistan və regionun digər bəzi dövlətlərinin də iştirak edə biləcəyi vurğulanır.

Ekspertlər hesab edirlər ki, belə bir alyans İsrail üçün yeni strateji çağırışlar yarada və regional təhlükəsizlik strategiyalarının yenidən nəzərdən keçirilməsini tələb edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
globalinfo.az

1Mənbələr