AZ

Bakı və Türkmənbaşı limanları arasında yükdaşımaların artırılması müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bakıda Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru ParaxatCumayevin başçılıq etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq DənizLimanı” MMC-nin direktoru Eldar Salaxovla işgüzar görüşkeçirib.

Trend TürkmənistanXarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdəTürkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsiləyük axınlarının artırılması perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı Türkmənistan və Azərbaycan arasında stratejitərəfdaşlığın ardıcıl şəkildə gücləndirildiyi, Türkmənbaşı və Bakı(Ələt) limanları arasında logistikanın inkişafına xüsusi diqqətyetirildiyi vurğulanıb. Qarşılıqlı əmtəə dövriyyəsinin artmasıfonunda Xəzər dənizi vasitəsilə yük axınının genişləndirilməsi,nəqliyyat əlaqələrinin inkişafı və Orta Dəhlizin təşviqi üzrətədbirlər nəzərdən keçirilib.

Tərəflər son illərdə sərhəd və gömrük prosedurlarınınsadələşdirilməsi istiqamətində mühüm irəliləyişlərin əldəolunduğunu, dəniz və dəmir yolu xidmətləri üzrə tariflərinazaldılmasının multimodal daşımaların və tranzit konteyneraşırımının artmasına müsbət təsir göstərdiyini qeyd ediblər.

Məlumatda bildirilir ki, görüşdə həmçinin Xəzər dənizi – Qaradəniz beynəlxalq tranzit-nəqliyyat dəhlizinin inkişafı məsələləri,o cümlədən Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanlarıvasitəsilə yük daşımalarının artırılması perspektivləri müzakirəolunub. Bütün maraqlı tərəflərlə, o cümlədən Avropa İttifaqı iləəməkdaşlığın aktivləşdirilməsinin vacibliyi vurğulanıb, bu dəhlizinqlobal xarakteri və geniş perspektivləri, eləcə də səmərəliinformasiya mübadiləsinin qurulması məsələləri diqqət mərkəzindəolub.

Bakı
Bakı
Seçilən
156
9
az.trend.az

10Mənbələr