AZ

PAŞA Holding tərəfindən “LEGIS Hüquq Forumu” təşkil ediləcək (FOTO)

PAŞA Holding tərəfindən təşkil olunan regionun aparıcı hüquqplatforması – “LEGIS Hüquq Forumu” 5 fevral2026-cı il tarixində yenidən hüquq ictimaiyyətini bir arayagətirəcək.

Hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq,qanunvericilik islahatlarını müzakirə etmək və gələcəyə baxışformalaşdırmaq məqsədilə yaradılan forumda dövlət və özəl sektorunliderləri, beynəlxalq ekspertlər və 1000-ə yaxın hüquq peşəkarınıniştirakı gözlənilir.

Bakıda keçiriləcək builki forumda yerlimütəxəssislərlə yanaşı, dünyaca məşhur ekspertlər də əsas məruzəçiqismində çıxış edəcəklər. Tədbirin xüsusi qonaqları arasındaHarvard və Oxford universitetlərinin tədqiqatçısı, İngiltərə vəUels üzrə fəaliyyət göstərən barrister JamieSusskind və “Koç Holding A.Ş.” şirkətinin Baş Hüquq vəKomplayens müşaviri Kenan Yılmaz yer alır. Onlarhüquq sahəsindəki qlobal çağırışlar və korporativ hüququn gələcəyibarədə təcrübələrini bölüşəcəklər.

Tədbirdə iştirak əsasən dəvətnamə əsasında olsa da, 31 yanvartarixinədək qeydiyyatdan keçən hüquqşünaslar qeydiyyat linkinəkeçid alaraq tədbirdə iştirak şansı əldə edə bilərlər. Qeyd edəkki, qeydiyyatdan keçən hüquqşünaslar arasında təsadüfi seçimedilərək məhdud sayda şəxslərə dəvətnamələr göndəriləcək.

Qeydiyyat üçün link: https://lnkd.in/de5TcjkH

PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Seçilən
33
4
az.trend.az

5Mənbələr