AZ

PAŞA Holding tərəfindən “LEGIS Hüquq Forumu” təşkil ediləcək - FOTO

PAŞA Holding tərəfindən təşkil olunan regionun aparıcı hüquq platforması - "LEGIS Hüquq Forumu" 5 fevral 2026-cı il tarixində yenidən hüquq ictimaiyyətini bir araya gətirəcək.

Hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq, qanunvericilik islahatlarını müzakirə etmək və gələcəyə baxış formalaşdırmaq məqsədilə yaradılan forumda dövlət və özəl sektorun liderləri, beynəlxalq ekspertlər və 1000-ə yaxın hüquq peşəkarının iştirakı gözlənilir.

Bakıda keçiriləcək builki forumda yerli mütəxəssislərlə yanaşı, dünyaca məşhur ekspertlər də əsas məruzəçi qismində çıxış edəcəklər. Tədbirin xüsusi qonaqları arasında Harvard və Oxford universitetlərinin tədqiqatçısı, İngiltərə və Uels üzrə fəaliyyət göstərən barrister Jamie Susskind və "Koç Holding A.Ş." şirkətinin Baş Hüquq və Komplayens müşaviri Kenan Yılmaz yer alır. Onlar hüquq sahəsindəki qlobal çağırışlar və korporativ hüququn gələcəyi barədə təcrübələrini bölüşəcəklər.

 

Tədbirdə iştirak əsasən dəvətnamə əsasında olsa da, 31 yanvar tarixinədək qeydiyyatdan keçən hüquqşünaslar qeydiyyat linkinə keçid alaraq tədbirdə iştirak şansı əldə edə bilərlər. Qeyd edək ki, qeydiyyatdan keçən hüquqşünaslar arasında təsadüfi seçim edilərək məhdud sayda şəxslərə dəvətnamələr göndəriləcək.

Qeydiyyat üçün link: https://lnkd.in/de5TcjkH

  • PAŞA
  • PAŞA
  • PAŞA
  • PAŞA
  • PAŞA
  • PAŞA
Seçilən
24
4
day.az

5Mənbələr