BAKI, 27 yanvar. TELEQRAF
Futbolçumuz Rza Cəfərov ilə müqavilənin müddəti 2027/28-ci illər mövsümünün sonunadək
artırılıb. Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/23-cü illər mövsümündən A komandamızın şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.