“Neftçi” qapıçısı Rza Cəfərov ilə müqavilənin müddətini 2027/28-ci illər mövsümünün sonunadək artırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.
Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/23-cü illər mövsümündə “Neftçi”nin şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.