Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş ƏrəbƏmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal MilliŞurasının sədri Saqr Qobaşla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayanSaqr Qobaş bu səfərə və Aralıq Dənizi Parlament AssambleyasınınQadın Parlament Forumunun 2-ci Sessiyasında iştirakına görə MilliMəclis sədrinə təşəkkür edib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərindinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunaraq,tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimizarasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrəyüksək səviyyədə inkişaf etdiyi qeyd olunub.
Vurğulanıb ki, ölkələrimizin liderlərinin birgə səyləri və şəxsimünasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında,habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkanverib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurluəlaqələrə malikdir.
Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyünü xatırladaraq,dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu,mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiqgörülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinibildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti vəinkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeydolunub ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr parlamentplatformasında da uğurla davam etdirilir və son dövrlərqanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlısəfərlər daha da artıb. Spiker Sahibə Qafarova ötən il özününBirləşmiş Ərəb Əmirliklərinə, Saqr Qobaşın isə Azərbaycana rəsmisəfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin,parlamentlər arasında imzalanmış əməkdaşlığa dair AnlaşmaMemorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinəimkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalqparlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadəolunub.
Saqr Qobaş da öz növbəsində Azərbaycana səfərini məmnunluqlaxatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin əlaqələrimizəmüsbət töhfələrini vurğulayıb.
Spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament AssambleyasınınQadın Parlament Forumunun 2-ci sessiyasının uğurla təşkilolunduğunu qeyd edərək, bu kimi beynəlxalq tədbirlərin bəşəriyyətinarahat edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətinivurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.