AZ

Xalq artistinin qızı vəzifədən çıxarılıb

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva işdən çıxarılıb.

Məlumata görə, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.

Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətdən təsdiqləyiblər/manset.az.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
18
reyting.az

10Mənbələr